634c08c367af2634c08c367af31665927363634c08c367af0634c08c367af1

Sabirabadda 33 yaşlı kişi bıçaqlanıb.

Globalinfo.az-ın məlumatına görə, hadisə rayonun Yolçubəyli kəndində baş verib.

Həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Əliyev Ənvər Aftandil oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş və daxilə nüfuz etmiş yaraları ilə Şirvan şəhər xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Daxili qanaxma səbəbindən yaralı əməliyyata götürülüb. Onun Şamxal adlı həmkəndlisi tərəfindən bıçaqlandığı deyilir.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən istintaq əməliyyat tədbirləri həyata keçirilir.

Paylaş: