
Ötən gün vəfat edən Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlunun 2006-cı ildə xalq şairi Sabir Rüstəmxanlı ilə birgə oxuduğu mahnı yenidən gündəmə gəlib.
Globalinfo.az axar.az-a istinadla xəbər verir ki, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli və Sabir Rüstəmxanlı çox yaxın üç dost olublar. Onlar “Nargilə” mahnısını tez-tez birlikdə oxuyardılar. Sabir Rüstəmxanlının 60 illik yubileyində isə sözügedən mahnını şair Nüsrət Kəsəmənli həyatda olmadığı üçün iki dost mərhum şairi yanlarında hiss edərək birgə ifa ediblər.
Həmin tarixi kadrı təqdim edirik: