Rusiya ilə genişmiqyaslı müharibə baş verərsə, NATO öz hava məkanını qorumaqda ciddi çətinliklərlə üzləşəcək.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ ordusunun təqaüdçü polkovnik-leytenantı Daniel Davis deyib.
O qeyd edib ki, NATO Rusiyanın hava hücumlarından qoruna bilməz.
“NATO etiraf edib ki, Rusiya ilə münaqişə vəziyyətində öz hava məkanımızı qorumaq üçün bizə lazım olanın beş faizinə sahib ola bilərik. Axmaq bir şey etməyin. Belə bir hücum reallaşarsa, dəhşətli olar”, – Davis bildirib.
O əlavə edib ki, ABŞ, Avropa və Ukraynadakı bəzi şəxslər hərbi reallığı anlamırlar, Rusiya isə Qərbdən fərqli olaraq hərbi sənaye kompleksinin istehsal gücünü xeyli artırıb.
Tahir Turan
Globalinfo.az