Tofiq zulfuqar0 900x518 1

Rusiya xalqlar həbsxanasıdır” ifadəsini dəqiq və yığcam şəkildə formalaşdıran, həmçinin geniş istifadəsinin səbəbkarı Vladimir İliç Lenin olub”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq, sabir xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, Lenin sözügedən ifadəni  ilk dəfə 1914-cü ilin dekabrında yazdığı “Böyük rusların milli qüruru haqqında” məqaləsində işlədib.

“Lenin bu ifadədən çar hökumətinin rus olmayan xalqlara qarşı apardığı milli siyasəti və onların hüquqlarının məhdudlaşdırılmasını sərt tənqid etmək üçün istifadə edib.

Sonralar, 1930-cu illərdə bu şüar sovet təbliğatı və tarixşünaslığında inqilabdan əvvəlki Rusiya imperiyasını xarakterizə edən rəsmi ifadələrdən birinə çevrilib.

Bu paylaşımı bir daha ona görə yazdım ki, Azərbaycana qarşı kampaniya aparan rusiyalı təbliğatçıların nə qədər savadsız və səriştəsiz olduqlarını göstərim”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: