“Tramp Kiyevi bəzi ərazilərdən imtinaya məcbur edə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş baş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis deyib.
Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Kiyevi Rusiyanın tərkibinə daxil olmuş regionlara iddiadan əl çəkməyə məcbur edə bilər.
“Mən inanıram ki, Tramp hər iki tərəfi danışıqlar masasına oturtmaq üçün təzyiq göstərəcək. Nəticədə Rusiya indi öz nəzarəti altında olan əraziləri əlində saxlayacaq. Bu halda Ukrayna üçün NATO-ya sərbəst yol açılacaq. Bu, Kiyev üçün ən pis nəticə deyil. Çünki Ukrayna böhranı başa çatacaq”, – deyə Stavridis vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az