
Azərbaycan Premyer Liqasının 7-ci turunda baş tutan “Sabah” – “Karvan-Yevlax” matçında paytaxt təmsilçisinin ulduz futbolçusu ciddi zədə alıb.
Globalinfo.az xəbər verir ki, “Sabah”ın oyunçusu Joy-Lance Miçels bel nahiyəsindən zədələnib.
O, meydanı təcili yardım maşını ilə tərk edib.
İlkin məlumatlara görə, futbolçunun bel sümüyü sınıb.