Sabah Bakının Xətai rayonunun bəzi küçə və prospektlərinin qaz təchizatında fasilə yaranacaq.
Globalinfo.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi, A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.