3 şəhərdə həyəcan siqnalı verildi: İran PUA-ları vurdu

Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinə İran PUA-ları ilə zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, hücum zamanı şəhərdə partlayışlar baş verib. Bundan başqa, Kiyev, Jitomir və Vinnits şəhərlərində həyəcan siqnalı verilib.

Ukrayna Hərbi Hava Qüvvələri İran istehsalı 10 PUA-nın məhv edildiyini açıqlayıb.