İrəvan hücuma keçə bilər: məqsəd buranı tam işğal etməkdir

“Ermənistanın Kəlbəcər istiqamətində atəşkəsi mütəmadi pozmasında, postlarımıza həmlələr etməsində əsas planı Zod qızıl mədənini tam ələ keçirmək, Ordumuzu strateji yüksəkliklərdən geri çəkilməyə məcbur etməkdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, danışıqlar prosesinin davam etdiyi və Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən dəstəklədiyi vaxtda ermənilərin sərhəddə hərbi təxribatlar törətməsi prosesi pozmaqla sülhü gecikdirməkdir:

“Ermənistan Fransanın verdiyi silahlarla yenidən hərbi eskalasiyaya başlaya bilər. Rəsmi Parisin da əsas planı bundan ibarətdir. Fransa Cənubi Qafqazda geosiyasi mövqeyinin güclənməsini Ermənistana hücum silahlarını verməkdə görür. Bununla Azərbaycana hərbi təzyiqləri artırmaq və Türkiyənin regionda siyasətinin qarşısını almaqdır.

Qeyd edim ki, Rusiya prosesi uzatmağa və KTMT adı altında hərbçilərini şərti sərhəddə yerləşdirməyə çalışır. Xarici işlər nazirlərinin bugünkü iclası və liderlərin Moskvada keçiriləcək görüşü praktiki siyasətə söykənmir. Prezident İlham Əliyev şəxsən özü Ermənistanı sülhə məcbur edəcək”.

Turan Rzayev
Globalinfo.az