kutlevi dava

Bakıda kafelərdən birində kütləvi davada ölən şəxsin kimliyi bəlli olub.

Globalinfo.az bildirir ki, Oxu.Az qətlə yetirilən Ceyhun adlı şəxsin fotosunu əldə edib. O, “Ceyhun Sabunçu” kimi tanınır.

Bakıda kütləvi davada öldürülən Ceyhunun fotosu – Dəhşətli qətlin anbaan videosu

Xatırladaq ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

23 oktyabrda gecə tərəflər arasındakı bıçaqlı davada bir nəfər həyatını itirib, bir neçə nəfərin yaralandığı bildirilir.

X X X

Bakıda kafelərdən birində kütləvi dava baş verib.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra tərəflər bir-birilərinə bıçaqla hücum ediblər.

Bir nəfər həyatını itirib.

Hadisənin görüntülərini təqdim edirik:

Paylaş: