Rusiyanın Kaluqa vilayətinə PUA-larla hücum oldu

Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə vilayətin qubernatorluğundan bildirilib.

Məlumata görə, 6 PUA zərərsizləşdirilib. Hadisə nəticəsində tələfat və dağıntının qeydə alınmadığı bildirilib.

Rusiya Müdafiə Nazirliyi hücumun Ukrayna tərəfindən həyata keçirildiyini təsdiqləyib.

Xatırladaq ki, son vaxtlar Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə PUA-larla zərbələr endirir.

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə daha əvvəl savaşın sürətlə Rusiya ərazisinə keçəcəyini söyləyib.