Rusiyalı ekspert: “Buxarestdə imzalanan saziş 250 milyardlıq layihə ilə bağlıdır”

Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Avropa İttifaqının “Global Gateway” layihəsinin prinsiplərinə uyğundur.

Rusiyalı politoloq, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavaevin Globalinfo.az-a dediyinə görə, Avropa İttifaqı Rusiya qazından tam imtina variantını nəzərə alaraq bir sıra addımlar atır:

“Beynəlxalq Enerji Agentliyinin “2023-cü ildə Avropa İttifaqında qaz çatışmazlığını necə aradan qaldırmalı” adlı son hesabatına görə, 2023-cü ildə Avropa İttifaqı ölkələri Rusiya qazından tam imtina variantında 27 milyard kubmetr əlavə qaza ehtiyac duya bilərlər. Bu həcmin kompensasiya olunması üçün tələb olunan investisiyaların 100 milyard avro məbləğində qiymətləndirilir”.

Ekspertin fikrincə, Aİ bu çatışmazlığı Əlcəzair, Azərbaycan, yeni Yaxın Şərq layihələri hesabına kompensasiya edəcək:

“Çatışmazlığın müəyyən hissəsi “Global Gateway” proqramı hesabına təmin oluna bilər. Bu proqram çərçivəsində 2021-2027-ci illərdə elektrik təchizatı şəbəkələrinin inkişafına 250 milyard avro yatırılması nəzərdə tutulur. Azərbaycan Prezidentinin Buxarestdə imzaladığı saziş məhz bu layihəyə daxil olan sənədlərdəndir”.

Gülnar Səlimova
Globalinfo.az