ukrayna partlayis

 

Avtobusun vurulması zamanı 4 kənd sakininin ölməsi ilə bağlı xəbər həqiqəti əks etdirmir.

Globalinfo.az bildirir ki, Zərdabın Məmmədqasımlı kənd icra nümayəndəsi Mətləb Müzəffərov bu barədə “Qafqazinfo”ya məlumat verib.

O bildirib ki, ötən gün səhər saatlarında Ukraynanın Xerson vilayətində  Məmmədqasımlı kəndindən olan iki qardaş həlak olub. Bunlar 1960-ci il təvəllüdlü Uğurluyev Gülağa Həsən oğlu və 1973-cü il təvəllüdlü Uğurluyev Fəqan Həsən oğludur.

Məlumata görə, onlar ruslar tərəfindən atılan raket nəticəsində ölüblər. Belə ki, hadisə zamanı qardaşların şəxsi avtomobili Rusiya Silahlı Qüvvələri tərəfindən hədəfdə olan hərbi maşının yanında dayanıb. Qardaşlar Donetsk vilayətində yaşayıbmış.

***11:45

Ukrayna-Rusiya sərhədində azərbaycanlıların olduğu avtobus atəşə məruz qalıb.

Globalinfo.az bildirir ki, bu barədə vəkil Aqil Layıc öz feysbuk hesabında məlumat paylaşıb. Vəkil bildirib ki, içərisində sərnişinlərin olduğu avtobus Xerson istiqamətində vurulub. Atəşin Rusiya Silahlı Qüvvələri mənsubları tərəfindən açıldığı qeyd edilib.

Hadisə nəticəsində avtobusdakı şəxslərin həlak olduğu bildirilib. Onların 4-ü Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləridir.

Məlumata görə, Rusiya-Ukrayna sərhədindən qarşı tərəfə keçmək istəyən şəxslər Rusiyadakı qismən səfərbərliklə əlaqədar bu ölkəni tərk etmək niyyətində olublar.

Hadisə barədə Azərbaycanda dövlət qurumları tərəfindən dəqiqləşdirmələr aparılır, əraflı məlumat veriləcək.

Paylaş: