Rusiyadan Ukraynaya ağır zərbə: PUA mərkəzi məhv edildi

Rusiya ordusu Ukraynanın pilotsuz uçuş aparatlarının təmir olunduğu mərkəzini vurub.

Globalinfo.az xəbər verir ki, sözügedən mərkəz Dnepropetrovsk vilayətində yerləşir.

“Dnepropetrovsk vilayətinin Moqilyovka yaşayış məntəqəsi rayonunda pilotsuz uçuş aparatlarının saxlanması, baxış keçirilməsi və təmiri mərkəzi məhv edilib”, – deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, ötən gecə Moskva şəhərində PUA həyəcanı yaşanıb. Pilotsuz aparatlar şəhərin müxtəlif ərazilərində uçuş həyata keçiriblər. PUA-lardan birinin binaya çırpıldığı, bir nəfərin yaralandığı deyilir.

Tahir Turan
Globalinfo.az