Pasxa atəşkəsinin Ukrayna ordusu tərəfindən 4900 pozulması faktı qeydə alınıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Onlar artilleriya atəşi və dronlardan Kursk, Belqorod, Bryansk vilayətlərinə və Krımda Rusiya Silahlı Qüvvələrinin mövqelərinə, mülki əhaliyə zərbələr endirib”, – deyə bildirilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 19-u Moskva vaxtı ilə saat 18:00-dan aprelin 21-i saat 00:00-a qədər Pasxa atəşkəsinin başladığını elan edib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya liderinin təklifinə dəqiq cavab verməsə də, atəşkəsin 30 gün uzadılmasını istəyib.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: