SON DƏQİQƏ: Ukraynada atəşkəs elan edildi – Putindən ilk açıqlama

putinnnn

Kiyevin Pasxa atəşkəsinə reaksiyası danışıqlarda iştirak iradəsini göstərəcək.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Kiyevin Pasxa atəşkəsinə reaksiyası, onun sülh danışıqlarında iştirak etmək bacarığının və istəyinin nə dərəcədə səmimi olduğunu göstərəcək”, – o bildirib.

Bundan başqa, Rusiya Müdafiə Nazirliyindən Kiyevin atəşkəs rejiminə əməl etdiyi müddətdə Rusiya ordusunun da atəşkəsi pozmayacağı bildirilib.

***17:55

Rusiya Prezidenti Vladimir Putin Ukraynada “Pasxa atəşkəsi” elan edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya Silahlı Qüvvələri Pasxa bayramı münasibətilə aprelin 19-u saat 18:00-dan – 21-i saat 00:00-a qədər bütün hərbi əməliyyatları dayandıracaqlar.

Əliyar Xəlil
Globalinfo.az