post serhed 242 1

Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan sərhədindəki məsələlərin ekspert qiymətləndirilməsinə ehtiyac olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, Putin jurnalistlərin suallarını cavablandırarkən Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sərhədin müəyyən hissələrinin təhlükəsizliyini təmin etməli olduğu barədə mövqeyini xatırladıb.

Rusiya liderinin sözlərinə görə, KTMT-nin digər üzvləri isə sərhədin konkret hissələrinin müdafiəsinin ayrıca məsələ olduğunu bildiriblər.

“Axı sərhədin delimitasiyası yoxdur. Sərhədlə bağlı heç bir müqavilə olmayıb, indi də yoxdur. Azərbaycan sərhədin bir xətt üzrə keçdiyini düşünür, Ermənistan isə başqa xətt üzrə. Həqiqətən də ekspert qiymətləndirməsi tələb edən çoxsaylı məsələlər var”, – Putin deyib.

O qeyd edib ki, sərhədlə bağlı müqavilə imzalanmayana qədər KTMT çərçivəsində münasibətlərin necə qurulması ilə bağlı müəyyən suallar qalır.

Putin həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanı Moskvada gözlədiyini və görüş zamanı bu mövzunu da müzakirə etmək niyyətində olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: