Paşinyan Lavrovun iki ittihamına belə cavab verdi

“KTMT-nin missiyası çox sadə bir səbəb görə Ermənistana gəlməyəcəyək. Çünki Ermənistan ərazisinin onlar üçün konkret haradan ibarət olduğunu göstərmirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

N.Paşinyan Rusiya XİN başçısı Sergey Lavrovun Ermənistanın KTMT missiyasının ərazisinə yerləşdirilməsinə razı olduğu, rəsmi müqavilə imzalanan zaman bundan imtina etməsi ilə bağlı açıqlamasına da cavab verib:

“Əgər KTMT bu məsələ ilə bağlı mövqeyini bildirsə, problemlərin 90%-i həll olunacaq. Bizimlə münasibətləri pozmaq üçün heç bir əsas yoxdur”.

Baş nazir S.Lavrovun Qərbin Rusiyanı Ermənistandan uzaqlaşdırması ilə bağlı siqnallar ötürülməsi iddialarına münasibət bildirib:

“Bizə heç kim bu mövzuda siqnal ötürmür. Sadəcə, Qərb ölkələri ilə münasibətlərimizi davam etdiririk. Bu da Rusiyanı narahat edir. Amma hər iki tərəflə əlaqələrimizi normal saxlamağa çalışırıq. Qərb dövlətlərinin bəyanatları Rusiya ilə aramızdakı münasibətlərə ciddi təsir göstərə bilməz”.

Ayşən Mustafa
Globalinfo.az