Rusiyada təyyarə qəzaya uğradı: ölənlər var – VİDEO

Rusiyada İl-76 hərbi təyyarəsi eniş zamanı İvanovo vilayətində qəzaya uğrayıb.

Globalinfo.az xəbər ki, ilkin məlumatlara görə, təyyarənin göyərtəsində olan 15 nəfər ölüb.

“112” teleqram kanalının məlumatına görə, İvanovo yaxınlığında qəzaya uğrayan İL-76 təyyarəsi Tverdə qərarlaşıb: “Severnı aerodromundan havaya qalxarkən təyyarənin mühərriki yanıb. Ekipaj dövrə vurduqdan sonra eniş zolağına təcili eniş etməyə cəhd etsə də, buna nail ola bilməyib”.

***14:40

Rusiyada İl-76 təyyarəsi eniş zamanı İvanovo vilayətində qəzaya uğrayıb.

Globalinfo.az xəbər ki, təyyarə aerodromdan çox uzaqda, Boqorodskoye kəndi yaxınlığındakı qəbiristanlığın ərazisinə düşüb.

Təyyarədə 12 nəfərin olduğu bildirilib.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə təyyarənin havada olarkən mühərriklərindən birində yanğın baş verdiyi müşahidə olunub. Təyyarə yerə düşəndən sonra parçalara bölünüb və yanğın baş verib.