tatarski

Sankt-Peterburqda partladılan “Strit Bar” kafenin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə aid olduğu təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Priqojinin mətbuat xidməti yayıb.

Priqojinin adından yayımlanan bəyanatda partladılan kafenin “Kiber front Z” hərəkatına seminar təşkili üçün verildiyi vurğulanıb.

Maraqlı məqam Priqojinin jurnalist Vladlen Tatarskinin öldüyü partlayışın rusiyalı filosof Aleksandr Duqinin qızı Darya Duqinanın qətli ilə bənzər olduğunu bildirib:

“Mən bu fəaliyyətə görə Kiyev rejimini ittiham etməzdim. Məncə, radikal qrup fəaliyyət göstərir, hansı ki, hökumətlə (Rusiya hökuməti ilə – red.) heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, Priqojin Ukrayna savaşından sonra dayaqlarını Rusiya elitası daxilində çox gücləndirib. Savaşdakı rus ordusunun geri çəkilməsindən sonra o, müdafiə naziri Sergey Şoyqu və ordunun digər rəhbər şəxslərini birbaşa ittiham edib. Bundan sonra tərəflər arasında münasibətlər gərginləşib. Priqojin Ukraynadakı əməliyyatlara nəzarəti əlinə almağa çalışsa da, hələlik buna müvəffəq ola bilmir, əksinə ona qarşı Şoyqu tərəfindən təqiblər artır. Vəziyyətin belə olması elita daxilində də parçalanmanı sürətləndirib.

“Strit bar”dakı partlayışdan sonra bəyanat yayan Ukrayna Prezident Ofisinin nümayəndəsi Mixail Podolyak maraqlı iddia ilə çıxış edib. O, Tatarskinin ölümünün elita daxilində gərginliyi artıracağı və Rusiyanın süqutunu sürətləndirəcəyini bildirib. Bununla Podolyak Tatarskiyə qarşı teraktın əmrinin Rusiya elitasında təmsil olunan qruplardan verildiyini söyləyib.

Xatırladaq ki, Rusiyanın məşhur fikir adamlarından olan Aleksandr Duqinin qızı Darya Duqina da partlayış nəticəsində həlak olmuşdu. Duqina Qarabağ məsələsində hər zaman Azərbaycana dəstək veririrdi.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: