Rusiyanın Murmansk şəhəri yaxınlığında yük və sərnişin qatarı toqquşub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər ölüb, 13 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır.
Rusiya Dəmir Yollarından verilən məlumata görə, hadisəyə yük qatarının texniki nasazlığı səbəb olub. Belə ki, gün ərzində yük qatarında mövcud kollektorla bağlı problemlər yaranıb. Axşama yaxın isə əyləclər tutmayıb və yük qatarı başqa relsə yuvarlanaraq sərnişin qatarı ilə toqquşub.
Müşviq Tofiqoğlu
Globalinfo.az