putin 87

Bəzi rusiyalı ekspertlər hesab edirlər ki, Putinlə razılaşmaya əsasən 2024-cü ildə müdafiə naziri Sergey Şoyqunun prezident olması planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.

Bildirilib ki, Rusiyada son hadisələrin arxasında da məhz bu plana əngəl olmaq niyyəti dayanıb.

Belə ki, Y.Priqojin və Demin kimi şəxslər bu plandan narazı qalıblar. Onlar Putinin 2024-də yenidən prezident olmasını istəyirlər. Həmin beşillik dövrdə isə öz namizədlərini hazırlamaq niyyətindədirlər.

Bəzi hərbi dairələrin Şoyqunun prezidentliyinə qarşı çıxmasının səbəbi isə onun İsraillə sıx münasibətlər qurmasıdır.

Paylaş: