Rusiyada kütləvi aksiyalar başladı – Saxlanılanlar var

Rusiyanın həbsdə olan müxalifət lideri Aleksey Navalnının doğum günündə ölkənin, eləcə də dünyanın bir sıra şəhərlərində aksiyalar keçirilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Meduza” nəşri məlumat yayıb.

Rusiyanın Xabarovsk, Krosnoyarsk, Rostov-na Donu, Kalininqrad, Yekaterinburq, Sankt-Peterburq, eləcə də Paris, Praqa, Tel-Əviv, Helsinki, Toronto, Mexiko, Stokholm, Tokio, Sidney, Tiflis və Vilnüs kimi iri şəhərlərdə müxalifət tərəfdarları aksiyaya çıxaraq Navalnıya dəstəklərini nümayiş etdiriblər.

Məlumata görə, Rusiyadakı aksiyalarda artıq 45 nəfər saxlanılıb.