
Globalinfo.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan deyib.
O, belə yanaşmanın normal olmadığını bildirib.
“Bilirsinizmi, hazırda Rusiya bazarında nə baş verir? Ermənistan məhsullarının yerini sürətlə Azərbaycan məhsulları tutur. Biz özümüzü aldatmaqla məşğul olduğumuz müddətdə real iqtisadiyyat çökə bilər. Əsl kəndlimiz yoxsulluq həddinə çata, real sahibkarımız müflis ola, dövlət büdcəsi ciddi problemlərlə üzləşə, iqtisadiyyatın əsas sahələri isə sadəcə məhv ola bilər.
Buna necə yol vermək olardı? Mən bu sualı verirəm və təəssüf ki, cavabını da bilirəm. Bütün bunlara ona görə imkan yaratdıq ki, vahid dövlət və ümumi məsuliyyət hissimiz yoxdur”.
Günel Cəlil
Globalinfo.az