deputat qeza

 

Azyaşlını şəxsi avtomobili ilə vuraraq hadisə yerindən qaçan “Vahid Rusiya”nın Novosibirsk vilayətindən olan deputatı Sergey Mamontov həbs edilib

Globalinfo.az xəbər verir ki, bu barədə Federal Baş Prokurorluğun regional idarəsi məlumat yayıb.

Qeyd edilib ki, vilayət məhkəməsi 67 yaşlı deputatın 11 gün həbs edilməsi barədə qərar verib. O, İnzibati Xətalar Məcəlləsinin 12.27-ci maddəsinin 2-ci hissəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinib.

Onun təmsil olunduğu partiyanın üzvlüyündən çıxarılacağı da bildirilib.

***

16:37

Oktyabrın 30-da yerli vaxtla saat 18:00 radələrində “Vahid Rusiya”nın Novosibirsk vilayətindən olan deputatı Sergey Mamontov 2016-cı il təvəllüdlü azyaşlını maşınla vuraraq hadisə yerini tərk edib.

Globalinfo.az Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, hadisə Tatarsk şəhərində baş verib.

“Hadisənin şahidləri təcili yardım və polis əməkdaşlarını çağırıblar. Uşaq müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib”, – məlumatda qeyd edilib.

Tatarsk Rayon Administrasiyası Teleqram kanalında bildirib ki, azyaşlı oğlan hazırda xəstəxanadadır, vəziyyəti ağır-stabildir.

Hadisə ərazidəki müşahidə kamerasının yaddaşına düşüb. Videoda görünür ki, avtomobili idarə edən deputat uşağı vurduqdan sonra maşından düşüb ona yaxınlaşıb. O, uşağı götürmək istəsə də, sonra yenidən maşına minərək oradan uzaqlaşıb .

Bildirilib ki, deputatı bu əməlinə görə 1 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Paylaş: