Rusiyada bənd uçdu: şəhəri su basdı

Rusiyanın Ussuriysk şəhərində daşqının qarşısını almaq üçün yaradılmış bənd uçub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, 200-ə yaxın insan ərazidən təxliyə edilib.

Rəsmilər hadisəni təsdiqləyiblər. Şəhəri su basıb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.