“Rusiya XİN Brüsseldəki görüşün yekunlarına dair diqqətə almalı olduğumuz bir xəbərdarlıq etdi”.
Globalinfo.az xəbər verir ki, bu barədə separatçı “deputat” Metakse Akopyan danışıb.
O, Rusiya XİN-in bəyanatının preventiv tədbirlər görmək cəhdi olduğuna əminliyini ifadə edib:
“Söhbət Qarabağ və Ermənistanın kifayət qədər böyük hissəsini yer üzündən siləcək fəlakətdən gedir. Rusiya tərəfindən həmin açıqlamada iki şeyə işarə vuruldu: sazişlərin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar sülhməramlıların mövcudluğunun əhəmiyyətsizliyi, həmçinin başqa dövlətin sizin haqqınızda sizdən çox düşünməyəcəyi”.
Tamerlan Yayaqan
Globalinfo.az