Bakı və İrəvanın qarşılıqlı təşəbbüsü… – Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Bakı və İrəvanın münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı qarşılıqlı təşəbbüsünü alqışlayır.

Globalinfo.az “report”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.