Rusiya və Ukrayna gəmiləri Türkiyə sularında toqquşdu – FOTO

Türkiyənin Balıkesir bölgəsinə daxil olan Mərmərə adası sahili yaxınlarında Rusiya və Ukraynaya aid iki gəmi toqquşub.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində hər iki gəmiyə ziyan dəyib.

Məlumata görə, Ukraynanın İzmail şəhərindən İspaniyanın Valensiya şəhərinə hərəkət edən 122 metr uzunluğunda “Haje Halimeh” adlı gəmi və Rusiyanın Kavkaz limanından İsrailin Aşdod şəhərinə gedən taxılla yüklənmiş “Asomatos” adlı 169 metr uzunluğunda yük gəmisi Mərmərə adasının sahillərində toqquşub.

Hadisə nəticəsində ölən və yaralanan olmadığı bildirilir.

Əliyar Xəlil
Globalinfo.az