6712b1bf6ee2c6712b1bf6ee2d17292783996712b1bf6ee2a6712b1bf6ee2b

Rusiya və Ukrayna arasında 95-95 formatında əsir mübadiləsi aparılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya Kiyevin nəzarətindəki ərazilərdə olan 95 rusiyalı hərbçini geri qaytarıb və bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 95 hərbi əsirini təhvil verilib.

Məlumatda həmçinin hazırda bütün Rusiya hərbçilərinin Belarus Respublikası ərazisində olduğu, onlara lazımi psixoloji və tibbi yardımın göstərildiyi, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verildiyi bildirilir.

Qeyd olunur ki, əsirlikdən azad edilmiş rusiyalı hərbçilər müalicə olunmaq üçün Rusiyaya aparılacaq.

Məlumata görə, mübadilə BƏƏ-nin vasitəçiliyi ilə baş tutub.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: