tiqranabramyan

“İran Xarici İşlər Nazirliyi ABŞ-ın regionda olması ilə bağlı narahatlığını Ermənistan tərəfinə çatdırdıqlarını bildirib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.

“İran konkret nəyin narahatlığa səbəb olduğunu açıqlamayıb, lakin ehtimal etmək olar ki, zahiri görünən proseslərlə yanaşı, Tehran üçün risklər yaradan hadisələr də var. Ermənistanda ABŞ (kollektiv Qərb) təsirinin artması faktı göz qabağındadır və bu, Rusiyaya görə baş verir”, – o bildirib.

Abramyan qeyd edib ki, İranın narahatlığının bir çox səbəbi ola bilər:

“İrəvan hökumətinə inamsızlıqdan tutmuş, ABŞ-ın İran üçün təhlükə kimi görünən rolunun genişlənməsinə qədər. Digər tərəfdən, ABŞ-ın Ermənistanla illərdir yaxşı, qarşılıqlı faydalı əməkdaşlığı var. Erməni diasporu Vaşinqtonda kifayət qədər aktivdir. Lakin bununla belə İranın narahatlığı əsaslandırmalarla ifadə edilməlidir ki, məsələnin məğzi aydın olsun”.

Qeyd edək ki, son vaxtlar ABŞ-ın Zəngəzurda hərbi mövcudluğunu artırması haqda xəbərlər yayılıb. Rəsmi Tehran bu məsələnin narahatlıq doğurduğunu açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: