Rusiya Vardanyanı müdafiə etməyəcək

“Dağlıq Qarabağ”ın keçmiş “dövlət naziri” Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtinası onun şəxsi seçimidir. Bu, Rusiya pasportunun necə qiymətli olduğuna şübhə edənlər üçün yaxşı nümunə ola bilər.

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Konstitusiya komitəsinin üzvü Aleksandr Başkin deyib.

O bildirib ki, Rusiya vətəndaşlığından imtina etdiyi üçün Vardanyan Rusiyadan yardım ala bilməyəcək:

Vətəndaşlıqdan çıxmaq könüllü seçim idi; müvafiq olaraq, bu addımın bütün hüquqi nəticələri onun seçiminin nəticəsidir. Düşünürəm ki, onun vətəndaşlıqdan könüllü çıxmasının hüquqi nəticələri olacaq. İndi o, vətəndaşlıqdan imtina etdiyi üçün Rusiyadan yardım ala bilmir və ala bilməyəcək”.

O qeyd edib ki, bu vəziyyət Rusiya vətəndaşlığının qiymətsizliyinə şübhə edənlər üçün yaxşı nümunədir.

Qeyd edək ki, Ruben Vardanyan bu gün “Laçın” postundan Ermənistana keçmək istəyərkən saxlanılıb.