Rusiya Ukrayna ordusunun itkilərini açıqladı

732b242567cda73310fdecffb08b0477

Rusiya tərəfi müharibənin 1207-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda statistik məlumatları yeniləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlamasında bildirib.

O qeyd edib ki, müharibənin başladığı gündən indiyə qədər Ukraynaya məxsus 663 təyyarə, 283 helikopter, 63 505 PUA, 611 zenit-raket kompleksi, 23 896 tank və digər zirehli texnika, 1 572 reaktiv yaylım atəş sistemi, 26 179 artilleriya və minaatan, 36 842 xüsusi hərbi avtomobil texnikası məhv edilib.

Globalinfo.az