Rusiya təyyarəsi sərt eniş etdi: yaralılar var

foto 2

Rusiyanın Zabaykalsk diyarında, Çita bölgəsində “An-2” markalı təyyarə sərt eniş edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Təyyarə havaya qalxdıqdan 16 dəqiqə sonra yerə enib. Hadisə yerində 37 xilasedici və 12 texnika işləyib. Burada 10 paraşütçü və 1 ekipaj üzvü olub. İlkin məlumata görə, 10 nəfər xəsarət alıb, ölən olmayıb. Yanğın yoxdur”, – qurum bildirib.

Əliyar Xəlil
Globalinfo.az