Nikolay Patrusevi

“Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışdığım dövrdə amerikalı həmkarlarımla danışıqlarda Rusiyanın maraqlarını müdafiə etmişəm”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev  “RİA Novosti”yə müsahibəsində deyib.

O vurğulayıb ki, Moskva hər zaman dialoqa açıq olub:

“Bəli, mən həmişə əlaqələrin qorunub saxlanılmasının tərəfdarı olmuşam. Rusiya böyük hərbi dövlətdir, lakin heç vaxt dünyanın heç bir ölkəsi ilə dialoq aparmaqdan imtina etməyib”.

Patruşevin sözlərinə görə, ABŞ prezidentləri Barak Obama, Donald Tramp və Co Baydenin milli təhlükəsizlik üzrə müşavirləri ilə mütəmadi danışıqlar aparılıb:

“Bu dialoqlar hər zaman asan keçməsə də, Rusiyanın mövqeyini qarşı tərəfə çatdırmağa imkan verib.

Amerikalılar və avropalılar bizim üçün hansı məsələlərin qəbuledilməz olduğunu, harada geri addım atmayacağımızı, hansı məsələlərdə isə danışıqlar və ortaq həll yolları üçün imkanların mövcud olduğunu anlayırdılar”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: