Rusiya sülh sənədini imzalamağa hazırdır – Soskin

“Ukraynalılar hökumətin sülh danışıqlarına başlamamasına görə Zelenskiyə qarşı üsyana başlamağa hazırdırlar”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın müşaviri olmuş iqtisadçı Oleq Soskin deyib.

“Vəziyyət hər gün daha da pisləşdiyi üçün düşünürəm ki, Zelenskiyə qarşı inqilabi çıxışlar başlamalıdır. Rusiya tərəfi atəşkəs razılaşması və müvəqqəti sülh şərtləri barədə sənəd imzalamağa hazırdır. Zelenski isə öz hakimiyyətini möhkəmləndirmək istəyir”, – o bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az