1687199338 1645896855 rusiya telim 900x506 1

NATO-nun müxtəlif bölgələrdə keçirdiyi hərbi təlimlər alyansın ümumi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

Globalinfo.az xəbər verir ki, bunu RT-yə müsahibəsində hərbi ekspert Yuri Knutov bildirib. O qeyd edib ki, Kosovo Təhlükəsizlik Qüvvələri ilə keçirilən manevrlər, eləcə də Litvadakı təlimlər NATO-nun müxtəlif istiqamətlərdə apardığı hərbi hazırlığın nümunələrindəndir.

Onun sözlərinə görə, alyans quru, dənizhava qüvvələrinin qarşılıqlı fəaliyyətini müxtəlif təlimlər zamanı sınaqdan keçirir. Knutov həmçinin NATO bölmələrinin fərqli iqlim şəraitində logistika və hərbi əməliyyatların təşkili üzrə hazırlıq keçdiyini qeyd edib.

Ekspert NATO-nun, xüsusilə Rusiya sərhədlərinə yaxın ərazilərdə keçirdiyi təlimlərin intensivliyinə diqqət çəkib.

Knutov Arktikada keçirilən manevrlərin də strateji əhəmiyyət daşıdığını bildirib. Onun fikrincə, bu cür təlimlər Şimal Dəniz Yolu və Kalininqrad istiqamətinə gedən təchizat marşrutları kimi mühüm kommunikasiya xətlərinin yaxınlığında əməliyyat imkanlarının sınaqdan keçirilməsinə şərait yaradır.

Tahir Turan
Globalinfo.az

Paylaş: