Bu məsələ iki ölkə arasında müharibənin baş verə biləcəyinə dair iddiaları gücləndirib.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Polşa və Rusiya arasındakı münasibətlər uzun müddətdir gərgindir:
“Bunun da əsas səbəbi tarixi mübarizədir. Polşa Reçpospolitanın varisidir. Bu dövlət hər zaman Rusiya ilə rəqib olub. İki ölkə arasında münasibətlər onsuz da kəskin idi. Polşada bu vəziyyəti dəyişəcək partiya yoxdur. İstər mühafizəkar Kaçınıski qardaşları, istər avromeyilli Donald Tusk iqtidarının dövründə iki dövlət arasında münasibətlər son 20 ildə kəskin pis olub. Ukrayna müharibəsi bu münasibətləri daha da gərginləşdirdi. Çünki Varşava Kiyevi özünün əsas müttəfiqi hesab edirdi.
Ukraynada Narıncı inqilab baş verdikdən sonra Polşa ilə münasibətlər daha da yaxınlaşmışdı. Rusiyanın başlatdığı müharibə Polşa ilə münasibətlərini gərginləşdirir. Hazırda iki ölkə arasında demək olar ki, soyuq müharibə gedir. Ancaq bu açıq savaşa keçməz. İlk növbədə Polşa Ukrayna kimi deyil. Keçmiş sosialist ölkə olsa da, postsovet ölkəsi deyil. Heç vaxt Rusiyanın müstəmləkəsi olmayıb”.
Zeynal Əmrəliyev
Politoloq bildirib ki, Polşa NATO üzvüdür, ona qarşı hansısa hücum birbaşa alyansa edilmiş hesab olunacaq:
“O halda NATO buna cavab verməli olacaq. Səssiz qalmaq qurumun dağılması və ABŞ-ın nüfuzunun aşağı düşməsinə səbəb ola bilər. Həmçinin Rusiya qüvvələrini parçalamaq istəmir. Qərb nə qədər buna çalışsa da, Moskva üçün belə bir şey arzuolunan deyil. Şimali Koreyadan hərbçilərin gətirilməsi də göstərir ki, Rusiya ordusunda ciddi çatışmazlıqlar yaşanır. Onun əsasən xüsusi təyinatlı qüvvələrlə bağlı ciddi problemi var. Cəbhədə olanların əksəriyyəti səfərbərliklə gələn dəstələrdir”.
Ukrayna ilə müharibə ümumilikdə Rusiyanın resurslarında ciddi itkiyə səbəb olub. Bu kimi halları gözə aldıqda Moskvanın daha böyük savaşa girəcəyi inandırıcı deyil. Ancaq Polşa Kremldən hansısa təxribatın ola biləcəyi ehtimallarını göz önünə alaraq təhlükəsizlik tədbirləri görür. Bu da başa düşüləndir. Həm münasibətlər pisdir, həm də Rusiya yaxınlığında NATO-nun əsas hərbi kontingenti məhz Polşada yerləşir”.
Turan Rzayev
Globalinfo.az