Rusiya rəsmisi İrəvanda ölü tapıldı – TƏCİLİ

Rusiyanın daxili işlər nazirinin Ermənistandakı nümayəndəsi Vyaçeslav Ponomaryov İrəvandakı ofisində ölü tapılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ekspertizanın ilkin rəyinə görə, 37 yaşlı Ponomaryovun üzərində zorakılıq izləri aşkar edilməyib.

Faktla bağlı cinayət işi başlanıb.

Əliyar Xəlil
Globalinfo.az