Rusiya Ermənistana qarşı iqtisadi sanksiyaları işə salıb.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Məlumata görə, ilk hədəf erməni konyakı olub.
Belə ki, artıq iki həftədir Yuxarı Lars nəzarət-buraxılış məntəqəsində Ermənistandan Rusiyaya yollanan konyakla dolu 60 TIR qalıb. Onların Rusiyaya keçməsinə icazə verilmir.
TIR-lara Ermənistandan Rusiyaya ixrac olunması nəzərdə tutulan “Ararat” və “Noy” markalı konyaklar yüklənib.
Əliyar Xəlil
Globalinfo.az