Zelenskinin partiyasından ETİRAF: “Ukraynalılar səfərbər olmaq istəmirlər”

“Ukraynalılar səfərbər olmaq istəmirlər, amma ordunun buna ciddi ehtiyacı var”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın xidmətçisi” fraksiyasının Ali Radadakı rəhbəri David Araxamiya deyib:

“Böyük bir problem var. Bir tərəfdən cəmiyyət səfərbərlik istəmir, digər tərəfdən ordu səfərbərlik tələb edir”.

Onun sözlərinə görə, silahlı qüvvələrin sayının artırılmasına ehtiyac var. Çünki hazırda birliklərin bəziləri cəmi 40 faiz təşkil edir. Səfərbərlik olmasa, bu rəqəm 20 faizə enə bilər.

Xatırladaq ki, David Araxamiya daha əvvəl Ukraynanın səfərbərlik potensialının bir milyondan az olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az