Rusiya Odessanı vurdu: ölənlər var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa vilayətini raket atəşinə tutması nəticəsində ölənlərin və xəsarət alanların sayı artıb.

Ukraynanın baş prokuroru Andrey Kostin bildirib ki, raket hücumu nəticəsində 19 nəfər ölüb, 73 sakin isə yaralanıb.

Məlumata görə, ölənlər və yaralılar arasında yerli sakinlər, həkimlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var.

***16:38

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa vilayətini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 46 nəfər isə yaralanıb.

Globalinfo.az xəbər verir ki, bunu Odessa vilayətinin administrasiya rəhbəri Oleq Kiper deyib.

O, ərazidə xilasetmə işlərinin davam etdiyini bildirib.