Rusiya Odessaya kamikadze dronlarla hücum edib – dağıntılar var

 

 

 

Sentyabrın 25-də səhər saatlarında Odessa şəhərinə yenidən kamikadze dronlarla hücum olub.

Globalinfo.az bildirir ki, bu haqda Odessa şəhərində yaşayan jurnalist, ictimai fəal Anar Natiqoğlu sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Bu gun səhər saat 5 radələrindən Odessa şəhərinə davamlı şəkildə kamikadze dronlarla hücumlar təşkil olunub. Pilotsuz uçuş aparatlarının əksəri hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilsə də, təəssüflər olsun ki, partlayışlar da baş verib. Müxtəlif əhəmiyyətli obyektlərə zərbə endirildiyi bildirilsə də, dəqiq itkilər barədə rəsmi açıqlama hələ ki yoxdur”, – Anar Natiqoğlu bildirib.

Mıəlumata görə, dronlardan 3-ü şəhərin müxtəlif ərazilərinə düşüb. Tələfat haqda dəqiq məlumat verilmir.