Rusiya müsəlman ölkəsi olmalıdır, məhz indi! – Rus politoloqdan ŞOK

İsveçdə Quranın yandırılmasına izndən sonra Stokholmun NATO-ya üzvlüyü ilə bağlı bütün danışıqlar məhv oldu, amma bu, azdır.

Globalinfo.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.

“Kreml Türkiyəni dəstəkləməlidir. Rusiya həmçinin müsəlman ölkəsidir. Moskva İsveçin bütün müsəlman ölkələrində hərtərəfli boykotunun təşəbbüskarı kimi çıxış etməlidir. İsveçin cəzalandırılmasında Rusiya gərək dünyada ən böyük müsəlman ölkəsi olsun. Sərt olmaq lazımdır. İndi Rusiyanın müsəlman dünyasının liderlərindən biri olmaqla bağlı əlinə çox yaxşı şans düşüb”, – o bildirib.

Markov Quranın yandırılması ilə İsveçin şəxsən Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyini söyləyib.

Aqşin
Globalinfo.az