Kiyevə dron zərbələri nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB

Bu gün səhər saatlarında Rusiyanın kamikadze dronlarının Kiyevə hücumu nəticəsində ölənlərin sayı 4-ə yüksəlib.

Globalinfo.az bildirir ki, APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Kiyevdə xilasetmə əməliyyatları zamanı Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin xilasediciləri tərəfindən 19 nəfər xilas edilib. 4 nəfər ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib. Fövqəladə Hallar Dövlət Xidmətindən 76 nəfər və 16 texnika cəlb olunub”, – məlumatda qeyd olunub.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat isə bildirib ki, Ukrayna hərbçiləri 43 kamikadze drondan 37-ni vurub. Onun sözlərinə görə, PUA-ların hamısı cənubdan Ukrayna səmasına buraxılıb.

***15:29

Rusiya Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla ölkə ərazisinə ümumilikdə 43 kamikadze-dronla hücum edib.

Globalinfo.az bildirir ki, “Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, onlardan 37-si məhv edilib, 6 PUA isə düşərək partlayış törədib.

Məlumata görə, Kiyevə hücum nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

14:04

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə kamikadze dronlarla hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Globalinfo.az bildirir ki, “Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə şəhər hərbi administrasiyasından bildirilib.

***13:20

Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, “Report”un UNIAN-a istinadən verdiyi məlumata görə, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

O, yaralıların xəstəxanaya yerləşdirildiyini söyləyib.

V.Kliçko həmçinin Kiyev istiqamətində 28 PUA-nın uçduğunu, onlardan yalnız 5-nin şəhərdəki müxtəlif infrastrukturları vurduğunu, qalanlarının isə məhv edildiyini açıqlayıb.

Qeyd edək ki, bu gecə Rusiya Ordusu İRAN istehsallı PUA-larla Kiyevə hücum edib.