WhatsApp Image 2024 12 19 at 10.04.53

Ermənistan hökuməti Rusiyadan İrəvana seçkidə iştirak üçün gələn ermənilərlə bağlı yeni metod tapıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fakt” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, Baş nazir Nikol Paşinyan və onun hökuməti seçki ilə bağlı yeni çıxış yolları üzərində düşünürlər:

“Rusiyadan İrəvana səs vermək üçün gələcək 100 mindən çox Ermənistan vətəndaşının təxminən 40 mini hərbi təlim düşərgələrinə göndəriləcək. Bu addım onların seçkidə iştirakının qarşısını almaq üçün atılır.

Əldə etdiyimiz məlumata görə, hakimiyyət orqanlarının belə bir qərarı var, üstəlik, onlar artıq prosesə başlayıblar. Yəni Rusiyadan Ermənistana qayıdan 55 yaşdan kiçik Ermənistan vətəndaşlarını dərhal 25 günlük hərbi təlimlərə “dəvət edirlər”. Birincisi, bu, insanların nəzarət altında səsvermədə iştirakını təmin etmək, ikincisi, Ermənistan vətəndaşlarının 7 iyuna qədər Rusiyadan ölkəyə girməsinin qarşısını almaq və qorxutmaqdır”.

Qeyd edək ki, siyasi kuluarlarda Rusiyanın Ermənistan Baş nazirliyinə digər namizəd Samvel Karapetyanı dəstəklədiyi bildirilir. Kremlin Ermənistandakı seçkiyə təsir etmək üçün Rusiyadakı 100 min Ermənistan vətəndaşını İrəvana göndərəcəyi iddia edilir.

Paşinyan hakimiyyətinin Rusiyanın bu planının qarşısını məhz hərbi təlimlərlə alacağı deyilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: