AA 20250129 36899043 36899041 CUMHURBASKANI ERDOGAN HAMAS HEYETINI KABUL ETTI scaled

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Şura Məclisinin sədri Muhamməd Dərviş və nümayəndə heyətini qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Mətbuat xidmətindən bildirilib.

Prezident iqamətgahında keçirilən görüşdə Qəzzada atəşkəs müddəti və Fələstindəki mövcud vəziyyət müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan elan edilən atəşkəsin ikinci və üçüncü mərhələsinin də uğurla tamamlanacağına inamını bildirib.

***19:15

HƏMAS nümayəndə heyəti Türkiyəyə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Mətbuat xidmətindən bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS nümayəndə heyətini prezident iqamətgahında qəbul edib.

Qəbulda Türkiyənin daha bir neçə rəsmi şəxsləri də iştirak edib.

Görüşün təfərrüatı və müzakirə edilən məsələlər barədə hələ ki, məlumat verilməyib.

 

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: