Rusiya ilə bağlı yeni qərar: sənəd imzalandı

zelenski 2024

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı növbəti sanksiyalar paketini imzalayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski özü məlumat verib.

O bildirib ki, sanksiyalar Ukrayna Milli Bankının tələbi əsasında və beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə tətbiq olunub:

“Mən indicə yeni sanksiyalar paketini imzaladım. Bunlar Rusiyanın bir çox maliyyə sxemlərini, xüsusən kriptovalyutanı vuran xüsusi sanksiyalardır. Yeni məhdudiyyətlər əsasən, Rusiyanın maliyyə sxemlərini, xüsusilə də kriptovalyuta sektorunu hədəfə alır”.

Leyla Əlisoy
Globalinfo.az