Rusiya Ermənistandan imtina etdi – Paşinyan KTMT-ni NATO-ya dəyişir? – VİDEO

Bir vaxtlar KTMT-dən kömək dilənən Paşinyan indi eyni qurumun yardımından imtina edib.

Hətta himayədarı ilə bir masa arxasında otura-otura razılaşdırılan bəyannaməni belə imzalamır.

Düzdür Paşinyanın vəziyyətə görə, rəng alıb, rəng verməsinə artıq alışmışıq. Paşinyan bu dəfə kartları açıq oyun oynayır. O, KTMT üzvlüyündən çıxmağa çalışır.

Paşiyan bununla çoxdanki arzusu olan Rusiya hərbi bazalarının ölkədən çıxarılmasına nail ola bilər.

***

Noyabrın 23-də İrəvanda keçirilən KTMT-nin sammiti Ermənistanın bütün xəyallarını puç edib.

Baş nazir Nikol Paşinyanın görüşün sonunda KTMT-nin bəyannaməsini imzalamaqdan imtina etməsi bunu deməyə əsas verir.

Maraqlıdır, baş nazirin bu addımları Ermənistan üçün nə ilə nəticələnəcək?

Mövzu ilə bağlı açıqlama verən rusiyalı politoloq Sergey Markov KTMT-nin fəaliyyətini İrəvansız davam etdirəcəyini qeyd edib.