“İsrail hərbi əməliyyatları şimala, Livanla sərhədə keçirir və müharibənin yeni mərhələsi başlayır”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
O, ölkənin şimal hissəsindəki Ramat David aviabazasında hərbçilərlə görüşüb.
“Ağırlıq mərkəzi şimala doğru dəyişir. Biz qüvvələri, resursları və enerjini şimala ötürürük. Düşünürəm ki, biz bu müharibənin yeni mərhələsinin başlanğıcındayıq və uyğunlaşmaq lazımdır”, – deyəQalant vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az